İdman
Qalmaqal: “Barsa” ilə bağlı məxfi məlumat sızdırılıb
La Liqanın prezidenti Xavyer Tebas mümkün diskvalifikasiya ilə üzləşə bilər.
Publika.az xəbər verir ki, buna səbəb “Barselona” klubu ilə bağlı məxfi maliyyə məlumatlarının açıqlanmasıdır. Bu barədə AS xəbər verir.
Nəşrin məlumatına görə, cümə günü, noyabrın 21-də İspaniya İdman İnzibati Tribunalı (TAD) Tebasa qarşı iş açıb. İttiham “2025-ci il aprelin 2-də La Liqanın rəsmi saytındakı bəyanat vasitəsilə klubun büdcə qaydalarına uyğun olaraq “Barselona” tərəfindən verilən məlumatların ictimaiyyətə açıqlanması” ilə bağlıdır. Qaydalara görə, bu cür məlumatlar məxfidir və məlumatların mühafizəsi qanununa aiddir.
“Barselona” Tebası məxfiliyi pozmaqda ittiham edib. Buna cavab olaraq La Liqa rəsmi saytından və digər rəsmi kanallardan məlumatı silib. TAD məmuru günahkar hesab edərsə, o, ictimai töhmətdən tutmuş iki aydan bir ilədək işdən kənarlaşdırılmağa və ya hətta işdən çıxarılmağa kimi cəzalarla üzləşəcək.
-
Digər13:20Maduro mühafizəsini gücləndirdi-ABŞ sui-qəsd planı hazırlayıb?
-
Avropa13:06Keçmiş prezident həbsxana təcrübəsi haqqında kitab yazacaq
-
Hadisə12:35Yasamaldakı dəhşətli yanğın elektrik şaxtasından olub?
-
Region12:06Gürcüstan və Türkiyə təyyarə qəzasını müzakirə etdi
-
Hadisə10:52Azərbaycanın tanınmış rəssamı vəfat etdi
-
Hadisə10:41Məşhur qəzəlxan vəfat etdi
-
Hadisə10:22Bakıdakı yanğında zəhərlənənlərin durumu açıqlandı
-
Hadisə09:30Dünənki dəhşətli yanğında komendant da ölüb




























.png)









