Region
Gürcüstan və Türkiyə təyyarə qəzasını müzakirə etdi
Gürcüstan daxili işlər naziri Geka Geladze Türkiyə Hərbi Hava Qüvvələrinin Qiymətləndirmə və Təftiş İdarəsinin direktoru general-leytenant Yaşar Kadıoğlu ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Yaşar Kadıoğlu Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğramasından sonra Gürcüstana gələn Türkiyə nümayəndə heyətinə rəhbərlik edib. Nümayəndə heyətinin üzvləri gürcüstanlı həmkarları ilə birlikdə təyyarənin qəzaya uğradığı yerdə müvafiq axtarış-xilasetmə və istintaq işlərində iştirak ediblər.
İkitərəfli görüş zamanı Yaşar Kadıoğlu səmərəli fəaliyyət və koordinasiyalı əməkdaşlığa görə Geka Geladzeyə təşəkkür edib. Türkiyəli generalın sözlərinə görə, təyyarə qəzasında hadisə yerində işləyən Gürcüstan polis bölmələri yüksək peşəkarlığı və standartları ilə seçilib.
Noyabrın 11-də Azərbaycandan geri qayıdan Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın dövlət sərhədinin təxminən 5 kilometrliyində qəzaya uğrayıb. Nəticədə Türkiyə Hərbi Hava Qüvvələrinin 20 əməkdaşı həlak olub.
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...











.jpg)





















