Nida Təhlil
Tramp Ukraynanı niyə Putinə “təslim edir?” - Geosiyasi PLAN
ABŞ-ın Ukrayna ilə bağlı Rusiyanın xeyrinə olan “sülh planı” “Moskvaya qarşı sanksiya tələb edən Tramp mövqeyini niyə dəyişdi” sualına cavab axtarışı zərurətini yaradır. Ümumiyyətlə Tramp mövqeyini dəyişibmi?
Ağ Evə gəlişindən sonra Ukrayna müharibəsini Rusiyanın tələbləri çərçivəsində bitirmək istəyən Trampın zaman-zaman tərəzinin ya Kiyev, ya Moskva gözünə ağırlıq verməsi müşahidə olunub. Sonuncu dəfə bu, Qəzza sülh sammitindən sonra baş verdi: Putinlə əlaqə saxlayan ABŞ prezidenti ardınca Rusiyanı anti-sülh mövqeyinə görə ittiham edərək, Budepeşt görüşünü ləğv etdi və müharibənin başlanmasından sonra gözlənilən enerji sanksiyalarını tətbiq etdi. Bu, Rusiyanı tam geri çəkilməyə yetərli olmasa belə, ABŞ-ın Ukrayna cəbhəsindən çıxış edəcəyinin anonsu kimi görünürdü. Hərçənd, o zaman da Kremlin maksimalist tələblərindən geri çəkilməyəcəyini bilən Ağ Evin enerji sanksiyalarının iki mümkün hədəfini qeyd etmək olar.
1. Neft bazarında qiymətlərin tənzimlənməsi: sanksiyaların bazarda ABŞ-ın mövqelərini yaxşılaşdıracağı gözlənilir.
2. Rusiyanı təsir zonalarından Çinə qarşı geosiyasi həmlələrində istifadə edilməsinə razı salmaq.
Ukrayna müharibəsinin geosiyasi hədəfində Çinin olması fonunda prosesin məntiqi sonluğa yaxınlaşdığı görünür. Pekinlə rəqabətdə Orta dəhlizi nəzarətə götürmək istəyən Vaşinqton buna nail olmaq istiqamətində irəliləyir:
- Vaşinqton anlaşması ilə ABŞ Zəngəzur dəhlizinə - Orta dəhlizin mərkəzi habı olan Cənubi Qafqaza yerləşir;
- C5+1 formatında atılan addımlar ABŞ üçün Mərkəzi Asiya qapılarını açır;
- Qazaxıstanın “İbrahim razılaşmalarına” qoşulması, Azərbaycanın iştirakı ilə C6+1 formatının qurulması perspektivi Orta dəhlizdə ABŞ-ın moderatorluğunu yaradır.
Bu coğrafiyada ABŞ-ın önə çıxması qarşısında loyallıq sərgiləyən Rusiya əvəzini Ukraynada “münasib anlaşma” ilə alır. Vaşinqton bununla həm Moskva-Pekin ittifaqını zəiflədir, həm istədiklərinin müəyyən qismini verərək, Rusiya üzərində təsirini gücləndirir, həm də Orta dəhlizin Avropaya çıxışında – Qara dəniz bölgəsində nəzarətçi funksiyasını qazanır. Bu kontekstdə 28 bəndlik sülh planının əsas qazanan tərəfinin ABŞ olduğu görünür. Və geosiyasi hədəflər Ukraynada “sülh planı”nın müəyyən korrektlər edilsə belə, qəbul ediləcəyi ehtimalını gücləndirir.
Asif Nərimanlı
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi


































.jpg)
.jpg)