İdman
Əfsanənin bahalı restoranı yandı - VİDEO
Əfsanəvi yüngül atlet Useyn Boltun Yamaykanın Monteqo Bey şəhərində yerləşən "Tracks & Records" adlı restoranı yanıb.
Publika.az xəbər verir ki, bu barədə "Metro.co.uk" məlumat yayıb.
Hadisə gecə saat bir radələrində baş verib. Yanğınsöndürənlər hadisə yerinə çatanda üst mərtəbə artıq alova bürünüb. Yanğın qısa müddətdə nəzarət altına alınsa da, ciddi ziyanın qarşısını almaq mümkün olmayıb.
Ən çox zərər məhz üst mərtəbələrə dəyib. Yemək zalı, bar, tualetlər və ofis otaqları ciddi ziyan görüb. Tam zərərin həcmi restoran sahiblərinin əmlak qiymətləndirməsi başa çatdıqdan sonra məlum olacaq. İlkin müşahidələrə əsasən dağıntıların böyük olduğu bildirilir.
Qeyd olunur ki, güclü yanğına baxmayaraq, xəsarət alan olmayıb.
"Tracks & Records" 2018-ci ildə açılıb və Yamaykanın ən çox turist ərazilərindən biri olan "Hip-Strip"də yerləşir.
Qeyd edək ki, 39 yaşlı Useyn Bolt idman tarixinin ən böyük atletlərindən biridir. O, 3 Olimpiya Oyununda 8 qızıl medal qazanıb. O, həm də 2009-cu il dünya çempionatında 100 metri 9,58 saniyəyə qaçaraq bu məsafənin dünya rekordçusu olub.
Heybət
Fire tore through the popular Usain Bolt’s Tracks and Records restaurant on Gloucester Avenue in Montego Bay, St James, early Saturday morning. The blaze, which began around 1 a.m., left extensive damage to the eatery. pic.twitter.com/PKSKYhCcK9
— Jamaica Gleaner (@JamaicaGleaner) November 22, 2025
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi



































