Klopp "Liverpul"a qayıdır? - ŞOK İDDİA
Bizi izləyin

İdman

Klopp "Liverpul"a qayıdır? - ŞOK İDDİA

“Liverpul”un sahibləri Arne Slot qovulacağı təqdirdə, baş məşqçi postunu müvəqqəti olaraq tutması üçün Yurgen Kloppa müraciət edə bilərlər.

Publika.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Mənbənin sözlərinə görə, almaniyalı mütəxəssisə cari mövsümün sonuna qədər komandaya rəhbərlik etmək təklif oluna bilər. Klopp “qırmızılar”ı 2015-ci ilin oktyabrından 2024-cü ilin iyununa qədər çalışdırıb.

Slot isə Yurgenin gedişindən dərhal sonra Mersisayd klubunun baş məşqçisi olub. Niderlandlı mütəxəssuis rəhbərliyi altında “qırmızılar” 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olublar. Cari mövsümdə isə “Liverpul” bütün turnirlər nəzərə alınmaqla 9 məğlubiyyət alıb, son olaraq Çempionlar Liqasında PSV-yə 1:4 hesabı ilə uduzub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm