Region
Acun Ilıcalı “köhnə yuva”sını HƏDƏFƏ ALDI - Üç kanalı birdən almaq istəyir
Sahibi olduğu "TV8"in səhmlərini birjada satışa çıxarmağa hazırlaşan Acun Ilıcalı bu dəfə “köhnə yuva”sını hədəfə alıb.
Publika.az xəbər verir ki, bu barədə türk jurnalist Bora Erdin sosial media hesabında paylaş edib.
O bildirib ki, Ilıcalı "Show TV", "Show Türk" və "Show Max" kanallarını öz media holdinqinə qatmaq üçün hazırlıq aparır.
Bora Erdinin iddiasına görə, TMSF tərəfindən müsadirə edilən "Can Medya"ya bağlı media qurumlarının blok halında deyil, hissələrə ayrılaraq satılması planlaşdırılır. Bu nöqtədə prosesə daxil olan əsas şəxsin isə Acun Ilıcalı olduğu bildirilir.
"Show" TV, Acun Ilıcalı üçün yalnız ticarət hədəfi deyil, həm də xüsusi bir mənaya malikdir. Ilıcalı media patronluğuna aparan yolda ilk addımlarını məhz "Show TV"də idman müxbiri kimi atmış, “Acun Firarda” kimi məşhurlaşıb əfsanəyə çevrilən ilk layihələrini də bu kanala satmışdı.
Ilıcalı’nın "TV8"i satın alma hekayəsi də "Show" TV ilə əlaqəlidir. 2013-cü ildə Çukurova Qrupunun borclarına görə TMSF "Show TV"yə əl qoymuş, kanal daha sonra Ciner Qrupuna satılmışdı.
Həmin dövrdə kanaldan 106 bölümlük proqram haqqı olan Ilıcalı, TMSF-nin satış şərtində göstərilən “əvvəlcə borclar ödənəcək” maddəsi sayəsində bu vəsaiti tam şəkildə geri almışdı. Acun Ilıcalı dəfələrlə bildirmişdi ki, "TV8"i satın alarkən TMSF-dən geri aldığı həmin pulu və ortaqlıq modelini istifadə edib.
Hüseyn İbadlı
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı
-
Sosial24 Aprel 17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa24 Aprel 16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial24 Aprel 15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ24 Aprel 14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?







































