İdman
Ölkə prezidenti "Real"ın əfsanəsini mükafatlandırdı
“Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos Almaniya Federativ Respublikasına xidmətlərinə görə "Ritter Xaçı" ordeninə layiq görülüb.
Publika.az xəbər verir ki, təqdimat mərasimi “Santiaqo Bernabeu” stadionunda baş tutub. Orden Kroosa Almaniya prezidenti Frank-Valter Ştaynmayer tərəfindən təqdim olunub. Mərasimdə “Real”ın prezidenti Florentino Peres, baş məşqçi Xabi Alonso, futbolçular Federiko Valverde, Antonio Rüdiger, həmçinin qadın komandası üzvləri Merle Froms və Sara Debritz iştirak ediblər.
Kroos dövlət tərəfindən mükafatlandırılmasına belə reaksiya verib:
“Əvvəllər bu mükafatı kimlərin aldığını öyrəndim və onların arasında olmaq çox xüsusi hissdir. İdman nailiyyətləri bu mükafatın yeganə səbəbi deyil, amma mərasimin keçirilməsi üçün ən ideal yer mənim son 10 ilimi keçirdiyim stadiondur. Buraya gəlmək xüsusi hissdir, burada futbolçu kimi ən yaxşı anlarımı yaşamışam.
Dəyərləri ötürmək mənim borcumdur və bunu uzun müddətdir edirəm. Fondum artıq 10 ildir fəaliyyət göstərir və gələcəkdə də fəaliyyətini davam etdirəcək. Həmişə digər futbolçulara deyirəm ki, cəmiyyətə töhfə vermək fürsətimiz var. Biz şanssız olanlara hər yerdə kömək edə bilərik.
Bu mükafatı ailələr ilə birbaşa əlaqədə olan komandamla bölüşürəm. Uğur komandadan asılıdır, bunu futbol sayəsində başa düşdüm. Mən bu mükafatı komandam adından qəbul edirəm və onu alanlar arasında olmaqdan məmnunam. Bu, bizi daha səylə işləməyə motivasiya edir”.
Heybət
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial1 Aprel 14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial1 Aprel 14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq



































