İdman
Əfsanəvi qapıçının üçüncü evliliyi: Onu yoldan çıxaran gözəl kimdir? - FOTOLAR
Santyaqo Kanisaresi xatırlayırsınız? 2000-ci illərin əvvəlində La Liqanı 2 dəfə qazanan, 2 dəfə Çempionlar Liqasının finalına çıxan və UEFA Kubokunu götürən "Valensiya"nın parlaq qapıçısını unutmaq olar?
Publika.az xəbər verir ki, 55 yaşlı ispaniyalının həyatı hələ də aktivdir. O, bu yaxınlarda evlənib.
Tanış olun, Noemi onun həyat yoldaşıdır. Cütlük noyabrın 14-də Valensiya yaxınlığında dəbdəbəli bir məkanda toy edib.
"Biz dünən sevgimizi daha da gözəlləşdirən insanların əhatəsində qeyd etdik. Bu, ömürlük qiymətli xatirələrdir! Hər şeyi unudulmaz etdiyiniz üçün təşəkkür edirəm!" - deyə Noemi sosial şəbəkədə yazıb.


Noemi, Kanisaresin üçüncü həyat yoldaşıdır. Futbolçunun əvvəlki evliliklərindən 7 övladı var. Birinci xanımından 3, ikincidən 4 uşağı dünyaya gəlib. Onun oğlu Lukas "Real" akademiyasının yetirməsidir və hazırda Portuqaliyanın "Tondela" klubunda oynayır.
2018-ci ildə Kanisares 5 yaşlı oğlu Santinin xərçəngdən vəfat etdiyini açıqlamışdı. O zaman belə demişdi: "Mən həmişə ölümdən qorxmuşdum. Amma artıq qorxmuram. Bu dünyanı tərk etdiyim gün oğlumla görüşəcəyəm. Mənə qalan tək təsəlli budur".

Keçmiş qapıçı ikinci həyat yoldaşı Maite Qarsiya ilə ayrılığı da çox ağır keçirmişdi. İndi isə o, nəhayət ki, daxili sakitliyini tapıb və xoşbəxtdir. Bu ay 56 yaşı tamam olacaq oyunçunun indiki görüntüsü də bunu təsdiqləyir.
Noemi haqqında demək olar ki, heç nə məlum deyil. O, sosial şəbəkələrdə sakit həyat sürür və Santyaqo ilə ilk fotosunu 25 iyul 2025-ci ildə paylaşmışdı. Görünən budur ki, Kanisares həmin gün ona evlilik təklifi edib.






-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı



































