İdman
Messinin heykəli dağıdıldı - FOTO
Argentina millisinin hücumçusu Lionel Messinin ölkəsinin Mar del Plata şəhərindəki heykəli vandallar tərəfindən dağıdılıb.
Publika.az xəbər verir ki, bu barədə "Ahora Mar del Plata" nəşri məlumat yayıb.
Futbolçunun heykəli naməlum şəxslər tərəfindən hücuma məruz qalıb və iki hissəyə bölünüb.
Heykəl "El Nuevo Mundial" kafesinin girişində yerləşir. Heykəldə Messi milli komandanın rənglərində və əlində Dünya Kuboku ilə təsvir olunub. Bu abidə Argentina millisinin 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında qələbəsinə həsr olunub.
Hazırda hadisənin təfərrüatı araşdırılır. Həmçinin, vandallığa məruz qalmış heykəli bərpa etmək mümkün olub-olmayacağı qiymətləndiriləcək.
Qeyd edək ki, 2024-cü ildə Messi heykəli başsız vəziyyətə salınmışdı.
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi



































