İdman
“Real”ın televiziyasından ağır ittiham: Nəticələr saxtalaşdırılır
“Real Madrid TV” La Liqanın 14-cü turunda “Jirona” ilə qarşılaşmanı (1:1) şərh edib.
Publika.az xəbər verir ki, baş hakim Rikardo de Burqos Benqoeçe tərəfindən idarə edilən qarşılaşma barədə klub telekanalı ağır ittihamlar səsləndirib:
“La Liqada nəticələr saxtalaşdırılır. “Real Madrid” Neqreyranın oğullarına görə 4 xal itirib. De Burqos “Real Madrid”ə qarşı ən dəhşətli rekorda malik hakimlərdən biridir.
VAR köməkçiləri hakimə məsləhət verə bilmədilər – bu, qayda pozuntusudur. Bu, “Rayo Valyekano” ilə oyunda da baş vermişdi.
Və bu, keçən mövsüm də baş vermişdi. Həmin vaxt “Real” “Barselona”nı 6 xal qabaqlayırdı. Bu mövsüm də belə oldu.
“Real Madrid”in yaxşı və ya pis oynamasından asılı olmayaraq, reallıq budur ki, hakimlər klubu yıxırlar. La Liqanın prezident buna haqq qazandırır. Bəs Federasiyanın vitse-prezidenti kimdir? Xavyer Tebas”.
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi



































