İdman
Avropanın ən yaxşı gənc futbolçusu o seçildi - FOTO
PSJ və Fransa millisinin vingeri Dezire Due bu gün Avropanın ən yaxşı gənc futbolçusu mükafatını alıb.
Publika.az xəbər verir ki, "Qolden Boy 2025" mükafatının təqdimetmə mərasimi Turin şəhərində keçirilib.
Due 2024-cü ilin yayında “Renn”dən PSJ-yə 50 milyon avroya transfer olunub. Yarımmüdafiəçi parislilərin tarixdə ilk dəfə Çempionlar Liqasını qazanmasında böyük rol oynayıb. “İnter”lə finalda (5:0) 2 qol vurub və 1 məhsuldar ötürmə edib. 20 yaşlı futbolçu həmin oyunun ən yaxşısı seçilib.
"Qolden Boy" mükafatı 2003-cü ildə italyan “Tuttosport” nəşri tərəfindən təsis olunub və hər il Avropanın yüksək liqalarında çıxış edən 21 yaşadək ən yaxşı gənc futbolçuya verilir.
Heybət

-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı



































