İdman
“İnanın ki, içimdən yanıram” - “Sabah”ın baş məşqçisi
“Sabah” Azərbaycan kubokunun 1/8 final mərhələsində bu gün “İmişli” ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionundakı matçdan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis əsas vaxtı 1:1, uzatmalarda isə bir qol vuraraq, 2:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Bu gün bizim üçün çox çətin oldu. Eyni rəqibə qarşı ardıcıl iki oyun keçirmək heç də asan deyil. Düzdür, bu gün rəqib də keçən oyunla müqayisədə dəyişikliklər etmişdi. İlk hissədə yaxşı çıxış etmədik.
İkinci hissəyə başlayarkən bilirdik ki, rəqib irəliyə doğru atılacaq, uşaqlara demişdim ki, arxada boşluqlar verəcəklər. Düzdür, çox yaxşı qol fürsətlərimiz oldu. Oyunun əsas vaxtında hər şeyi bitirə bilərdik. Əlavə vaxtda da yaxşı fürsətlərimiz oldu. Oyunçularımın haqqını verməliyəm, onları təbrik edirəm. Çox yaxşı mübarizə apardılar. Bu oyunu unudub, sabahdan hazırlıqlara başlamalıyıq. Çünki bizi “Neftçi” ilə çox çətin oyun gözləyir. Penalti epizodu ilə bağlı, inanın ki, içimdən yanıram. Mənim vəzifəm oyunçularımı öyrətməkdirsə, onlar da hakimliyi öyrənməlidirlər. Mənim üçün artıq deyə bilərəm ki, bu məsələ bağlıdır. Bilmirəm, belə epizodu lehimizə verərdilər, ya yox. VAR-da nə tapdılar çıxardılar, bilmirəm. Amma biz yenə də yolumuza davam edirik. Özümüzdə güc tapıb, yenə hesabda önə çıxdıq.
Onu bildirmək istəyirəm ki, olanlar (“Sabah”ın ötən mövsüm kuboku qazanması) hamısı ötən mövsümdə olub. İndi yeni mövsümdür, burda yeni baş məşqçiyəm. İnanın ki, kubokda bundan sonrakı oyunlar məni bir faiz də maraqlandırmır. Mənim üçün bu dəqiqə ən vacib olan “Neftçi” ilə oyundur”.
“Sabah” 1/4 finalda “Qəbələ” – “Şəfa” cütünün qalibi ilə üz-üzə gələcək.
-
Magazin119:40Flora Kərimovadan Eltona cavab: "Üzr də istəyəcəksən"
-
Hadisə19:15Ağdərədə minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI - YENİLƏNDİ/FOTO
-
Sosial18:10Bu sahədə boy ölçüsü tələbi dəyişdirildi - 160 sm-dən yuxarı olmalıdır
-
Rəsmi xronika17:53İlham Əliyev "Dövlət xidmətləri haqqında" qanunu imzaladı
-
Sosial16:46Xankəndidə məmur bu hərəkətinə görə cəzalandırıldı
-
Sosial16:08Evdən işləmək qanuniləşir
-
Cənubi Qafqaz15:26Pakistan Ermənistanda səfirliyini açacaq
-
Cənubi Qafqaz14:49Təyyarələr İrəvana enə və ya qalxa bilmir: Nə baş verib?





















.jpg)















