İdman
Alonsonun qərarı “Real”da növbəti gərginlik yaratdı
“Real”da vəziyyət yenidən gərginləşir.
Publika.az xəbər verir ki, “El Chringuito TV”-nin məlumatına görə, bəzi oyunçular Bilbao səfərindən məmnun deyillər.
Komanda La Liqada “Athletik” ilə keçiriləcək oyuna bir gecə əvvəl yollanıb. Madriddən Baskoniyaya məsafə yalnız bir saat çəkir.
Jurnalist Markos Benitonun verdiyi məlumata görə, futbolçular səfərin əleyhinə olub: “Mənə deyirlər ki, bəzi oyunçular bu səfərdən ümumiyyətlə razı deyildilər. Qış fasiləsindən əvvəl son bir ay ərzində oyun yükü çox ağırdır və bəzi oyunçular ailələri ilə daha çox vaxt keçirmək, Bilbaoda bir gecə belə olsa qalmaq istəmirdilər”.
Bu məsələ “Real” ətrafında əlavə gərginlik yaradıb. Futbolçularla baş məşqçi Xabi Alonso arasında gərgin münasibətlər daha da pisləşib.
Qeyd edək ki, qarşılaşma dekabrın 3-ü saat 22:00-da keçiriləcək.
-
Nida Xəbər 12:59Tokayevdən Bakı və İrəvana çağırış: Tez imzalayın
-
Dünya12:40İsrail mətbuatı Türkiyənin "Ejder"indən yazdı: "Təkərli canavar"dır - VİDEO
-
Dünya11:47Trampın gizli planı üzə çıxdı: Avropa şokda, 4 ölkə hədəfdə
-
MDB11:10Paşinyan bu dəfə Moskvada velosiped sürdü - VİDEO
-
MDB10:50Məşhur ekstrasensin 2026-cı il proqnozu: Rusiyada görün nə baş verəcək
-
İdman10:44Braziliya klubu "Qarabağ"la danışıqlara başladı: Ançelottinin istəyi ilə
-
Köşə09:12Qurban Qurbanov istefa verməlidir - Xilas bundadır
-
Magazin209:00"Eurovision" qalibi İsrailə görə kristal mikrofondan İMTİNA ETDİ























.jpg)











