Qalmaqal: Premyer Liqa klubunun sahibi gizli mərc sindikatı yaradıbmış
Bizi izləyin

İdman

Qalmaqal: Premyer Liqa klubunun sahibi gizli mərc sindikatı yaradıbmış

London Ali Məhkəməsi “Brayton”un sahibi Toni Bluma qarşı iddianı qəbul edib.

Publika.az xəbər verir ki, “Starlizard” şirkətinin keçmiş işçisi Rayan Daffild, milyarderin 100-dən çox insanı şəxsən dəvət etdiyi qapalı futbol mərc sindikatına rəhbərlik etdiyini iddia edir.

2014-cü ildən Blum peşəkar futbola mərc etmək üçün unikal FA lisenziyasına sahibdir (belə bir imtiyazı olan yeganə Premyer Liqa klubu sahibidir), lakin ona “Brayton”un, Premyer Liqaya və ya əlaqəli komandaların oyunlarına mərc etmək qadağandır. Onun bütün mərcləri hər il FA və müstəqil auditorlar tərəfindən yoxlanılır və heç bir pozuntu aşkar edilməyib.

Məhkəmə sənədlərinə görə, iş adamı Böyük Britaniyanın İslahat Partiyasının lideri Naycel Farajın keçmiş köməkçisi Corc Kottrelllə razılığa gəlib, onun ofşor qumar hesablarından “idman tədbirlərinə, ilk növbədə futbol matçlarına mərc etmək üçün” istifadə etsin. Kottrell əvvəllər çirkli pulların yuyulmasına görə ABŞ-da həbs cəzası çəkib.

Duffild iddia edir ki, o, Farajın keçmiş köməkçisini sindikata təqdim edən şəxs olduğu üçün Kottrellin qumar hesabları vasitəsilə əldə etdiyi mənfəətdən 17,5 milyon funt-sterlinq borcludur. İddiaya görə, sindikat hər il təxminən 600 milyon funt sterlinq qazanır.

Duffild həmçinin iddia edir ki, Blum və sindikat “tanınmış futbolçular, idmançılar və iş adamları”nın mərcləri üçün hesablardan istifadə edirdi. Keçmiş futbolçuların Blum sindikatının üzvləri olduğuna dair heç bir sübut olmasa da, “The Times” bəzilərinin sindikatla eyni mərcləri qoyduğunu deyir.

Blum “sindikatın rəhbəri” və “yeganə benefisiar – sindikatın uduşlarının yatırıldığı və onların paylandığı bank hesablarının sahibi” olmaqda ittiham olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm