İdman
Mbappenin simulyasiyası gündəm oldu: Əsrin yıxılması - VİDEO
"Real"ın ulduzu Kilian Mbappe sosial şəbəkələrin gündəminə çevrilib.
Publika.az xəbər verir ki, amma buna təkcə futbol bacarığı deyil, aktyorluq qabiliyyəti də səbəb olub.
Madrid klubunun üzvü "Atletik Bilbao" ilə oyunda (3:0) dubl edib və bir məhsuldar ötürmə verib. Lakin sosial şəbəkələrdə ən çox müzakirə olunan epizod onun qolu yox, penalti qazanmaq üçün etdiyi “aktyorluq” cəhdi olub.
Hücumların birində Kilian cinahdan cərimə meydançasına daxil olub, amma topa nəzarəti itirdiyini və ona çata bilməyəcəyini anlayan kimi dramatik oyuna üstünlük verib. O, iki rəqib futbolçunun arasında nümayişkaranə şəkildə yıxılıb. Görüntülərdə isə açıq-aydın görünür ki, heç bir kontakt olmayıb.
Sosial şəbəkələr dərhal reaksiyaya verib – memlər, zarafatlar və montajlar bir-birinin ardınca yayılıb. “Əsrin yıxılması” adlandırılan epizodun videosu bir gecədə bir neçə milyon baxış və 250 mindən çox bəyənmə toplayıb.
Xatırladaq ki, 26 yaşlı hücumçu bu mövsüm La Liqada 15 oyunda 16 qol və 4 məhsuldar ötürmə ilə çıxış edir.
Heybət
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi


































