İdman
"Barselona" şokda: Laporta prezident seçkiləri ilə bağlı sensasion qərar verdi
“Barselona”nın prezidenti Xuan Laporta növbəti dəfə seçkilərdə iştirak etməyi planlaşdırmadığını bildirib.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, seçkilərin dəqiq tarixi hələ bilinmir:
“İspaniya Kuboku və La Liqada komandanın çıxışına baxmaq lazımdır. Yeni prezidentin seçilməsi klub üçün stressdir, komandaya zərər vermək istəmirik. Prezidentlər iki müddət ardıcıl işləyə bilərlər, amma daha çox yox. Mən yenidən namizəd ola bilərdim, amma planlaşdırmıram. Bu, düzgün olmazdı”.
Onun prezidentlik müddəti 2027-ci ildə başa çatacaq. Laporta 63 yaşındadır və 2021-ci ildən bəri klubun prezidentidir. O, bundan əvvəl 2003–2010-cu illərdə də bu vəzifəni icra edib.
Laportanın dövründə “Barselona” 6 dəfə İspaniya çempionu, 3 dəfə ölkə kubokunun, 4 dəfə İspaniya Superkubokunun qalibi olub. Komanda həmçinin 2 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.
Heybət
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi


































