İdman
Bu gün DÇ-2026-nın püşkü atılacaq
Bu gün 2026-cı il dünya çempionatının püşkatma mərasimi keçiriləcək.
Publika.az xəbər verir ki, tədbir Vaşinqtondakı Kennedi Mərkəzində keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Ev sahibi ölkələr ötən il açıqlanan oyun cədvəlinə uyğun olaraq A1 (Meksika), B1 (Kanada) və D1 (ABŞ) mövqelərinə təyin olunacaqlar.
Heç bir qrupa eyni konfederasiyadan birdən çox komanda daxil olmayacaq. Bu, 16 komanda ilə təmsil olunan UEFA-dan başqa bütün konfederasiyalara aiddir.
48 iştirakçıdan 42-si artıq məlumdur. Avropa zonasının və FİFA pley-off mərhələsinin 6 qalibi martda müəyyənləşəcək. Bu komandalar 4-cü səbətdə yer alacaq.
DÇ-2026: Püşkatma mərasimi üçün səbətlər
1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya.
2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Koreya Respublikası, Ekvador, Avstriya, Avstraliya.
3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika.
4-cü səbət: İordaniya, Kaboverde, Qana, Kurasao, Haiti, Yeni Zelandiya, Avropa pley-offlarının qalibləri (4 yığma) və FİFA pley-off matçlarının qalibləri (2 yığma).
Heybət
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi


































