İdman
Müqaviləni uzatmadı: “Real”a keçir?
Dortmund “Borussiya”sı və Almaniya millisinin müdafiəçisi Niko Şlotterbek yay transfer pəncərəsində “Real”a keçə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb. Bildirilir ki, Niko alman klubu ilə 2027-ci ilin yayında başa çatacaq müqaviləsini uzatmaq fikrində deyil.
Əvvəllər mətbuat Dortmund klubunun oyunçuya maaşını 3 dəfədən çox artırmağı – 2,5 milyon avrodan 8 milyon avroya qaldırmağı təklif etdiyini yazmışdı. Bununla belə, o, karyerasını davam etdirmək üçün başqa variantları nəzərdən keçirir. Futbolçu ilə “Bavariya”, “Real” və “Barselona” maraqlanır.
Bu mövsüm futbolçu bütün turnirlərdə klub üçün 14 oyun keçirib və bir məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı müdafiəçinin transfer dəyərini 40 milyon avro qiymətləndirir.
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi


































