İdman
“Mançester Yunayted”dəki uğursuz günlərini xatırladı
“Betis”in vingeri Antoni sabiq klubu “Mançester Yunayted”ə keçidi zamanı onun üçün qoyulan transfer qiymətindən danışıb.
Publika.az xəbər verir ki, braziliyalı hücumçu İngiltərə klubunun ən bahalı transferlərindən biri olmanın gətirdiyi gözləntilərdən qaçmadığını bildirib:
“Əgər sənə 100 milyon avro ödəyirlərsə, təzyiq çox böyük olur, amma mən öz keyfiyyətimi bilirəm. Mənim xüsusi bacarıqlarım var idi. 100 milyon avroya fokuslanmamışdım, mən oraya çatmaq üçün keçdiyim yolun üzərində düşünürdüm”.
O, həmçinin etiraf etdi ki, kənar gözləntilər çox yüksək olub və şəxsi çətinliklər onun “Old Trafford”dakı çıxışına təsir edib:
“Təbii ki, mənim də məsuliyyətim var, bunu min dəfə demişəm. Başqa yerlərdə bəzi şeylərdən keçdim və o zaman mənim ruh halım ən yaxşı vəziyyətdə deyildi. Amma həyatdakı hadisələr prosessin bir hissəsidir. Çətin olsa da, onu yaşamalı idim.”
Uğursuz sonluğa baxmayaraq, Antoni Mançesterdəki vaxtının müsbət tərəflərini də qeyd edib:
“Çox yaxşı anlar da oldu. Mən titul qazandım, əla dostlarım var… Bütün bunlar ömürlük mənimlə qalacaq.”
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi





































