İdman
"Qarabağ" "Ayaks"a məğlub oldu - VİDEO/YENİL ƏNDİ
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub.
Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı matç qonaqların qələbəsi ilə bitib - 4:2.
Qeyd edək ki, Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb. "Qarabağ"ın turnirdə 7 xalı var.
***
Qlux 90-cı dəqiqədə "Ayaks"ın dördüncü qolunu vurdu: 2-4.
***
83-cü dəqiqədə Qoei qonaqları ilk dəfə hesabda önə keçirdi: 2-3.
***
Qlux 79-cu dəqiqədə hesabı bərabərləşdirdi: 2-2.
***
Mateus Silva 47-ci dəqiqədə komandamızı yenidən hesabda önə keçirdi: 2-1.
***
Dolberq 40-cı dəqiqədə hesabda tarazlıq yaratdı: 1-1.
***
Kamilo Duran görüşün 11-ci dəqiqəsində "Qarabağ"ı hesabda önə çıxardı: 1-0.
***
"Qarabağ" - "Ayaks" qarşılaşması start götürdü.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda üz-üzə gələcək "Qarabağ" və Niderlandın "Ayaks" kollektivlərinin start heyətləri bəlli olub.
Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Emanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
"Ayaks": Vitezslav Yaroş, Aron Bauman, Yuri Bas, Lukas Rosa, Anton Qoei, Şon Styor, Jorti Mokio, Ko İtakura, Raul Moro, Kasper Dolberq, Oskar Qlux
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə







































