İdman
PSJ “Real”ın futbolçusunu hədəfə aldı
PSJ yay transfer pəncərəsi üçün “Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer siyahısına daxil edib.
Publika.az xəbər verir ki, bu barədə “Diario AS” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Paris klubu 23 yaşlı fransalı futbolçuya ciddi maraq göstərir və onun transfer imkanını nəzərdən keçirir.
Futbolçunun Madrid klubundakı vəziyyəti isə sabit deyil. Onun universallığı və potensialı yüksək qiymətləndirilsə də, Kamavinqa komandanın dəyişməz əsas oyunçu sayılmır. Klub rəhbərliyi yaxşı təklif olacağı halda yarımmüdafiəçi ilə yollarını ayırma variantını nəzərdən keçirə bilər.
Kamavinqa “Renn”in yetirməsidir və “Real” onu 2021-ci ildə 31 milyon avroya transfer edib. Futbolçunun “kral klubu” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalına görə onun bazar dəyəri 50 milyon avro təşkil edir.
Heybət
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi
-
Maraq dünyası09:48Uğur qapıları bu 4 bürc üçün açılır
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır

















.jpg)







.jpg)











