“Milan”ın sabiq üzvü İtaliya futbolundakı korrupsiyanı ifşa etdi: Zəhərli sistemdir
Bizi izləyin

İdman

“Milan”ın sabiq üzvü İtaliya futbolundakı korrupsiyanı ifşa etdi: Zəhərli sistemdir

“Milan”ın sabiq üzvü İtaliya futbolundakı korrupsiyanı ifşa etdi: Zəhərli sistemdir

“Milan”ın sabiq futbolçusu Federiko Mankameli İtaliya millisinin Bosniya və Herseqovinaya pley-offda məğlub olaraq (1:1, pen. — 1:4) 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra ölkə futbolunun durumu haqda danışıb.

Publika.az xəbər verir ki, o, sosial şəbəkə hesabında ölkəsinin futbolundakı korrupsiya sxemini ifşa edib və bütün gizlinləri ortaya çıxarmağa çalışıb:

“Bir tərəfdən qısqanıram, amma digər tərəfdən xoşbəxtəm. Bu mühitdə olanlar bilir ki, bunun arxasında nə qədər çirkli şeylər gizlənir. 50 minlik zərflərlə oyunçuları Serie C-dən yuxarı çıxaran agentlər, Serie A və Primaverada yalnız hər ay ağlasığmaz maaş alan legionerlər, hətta meydana kimi buraxılacağına qərar verə bilməyən məşqçilər.

Pulla ölçülməyəcək şeylər gördüm, komanda yoldaşlarıma məşqçilərin hörmətsiz, yolverilməz davranışlarını müşahidə etdim. Bu, İtaliya futbolunun bütöv sistemidir. Zəhərli sistemdir və mən onu bir müddət əvvəl məmnuniyyətlə tərk etdim. Digər idman növlərindən fərqli olaraq futboldan uzaq durmaq lazımdır. Daim məsləhət verən, savadsız, kobud və az pul üçün belə hər şeyə hazır olan insanlar var. Nəticə də buradan qaynaqlanır”.

Qeyd edək ki, Mankameli “Milan”ın akademiyasında yetişib, U17 və U19 komandalarında çıxış etdikdən sonra karyerasını erkən başa vuraraq futboldan uzaqlaşıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm