İdman
Türkiyəli məşhur şərhçi Nəriman barədə danışdı: "Bu uşaq niyə belədir?" - VİDEO
Türkiyəli məşhur futbol şərhçisi və aparıcısı Ertem Şener "Qarabağ"ın hücumçusu Nəriman Axundzadə ilə bağlı yayılan tənqidlərə münasibət bildirib.
Publika.az xəbər verir ki, Şener "Qarabağ"-"Ayaks" matçından sonra sosial şəbəkələrdə Nərimana qarşı sərt reaksiyaların artmasına etiraz edib və onun günahkar kimi göstərilməsinin doğru olmadığını vurğulayıb.
.png)
Şener bildirib ki, komandanın məğlubiyyəti bir futbolçunun üzərinə yüklənə bilməz:
"Yağışı da Nəriman yağdırıb, tıxaca da o səbəb olub. Nəriman oyuna məğlub olmaq üçün çıxmaq istəməyib. O uşaq qədər kim istəyə bilər qazanmağı?"
Şərhçinin sözlərinə görə, Nəriman tənqidlərdən daha çox özü-özünə əsəbləşir və hazırda vəziyyəti ən ağır şəkildə yaşayan elə futbolçunun özüdür:
"İndi o, göz yaşlarını içinə axıdır. Əsas sual budur: bu uşaq niyə belədir? Sizin əsəbləşməyinizə ehtiyac yoxdur, onsuz da o, özü-özünə dəfələrlə əsəbləşib. Bir az empatiya hissiniz olsun" .
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda Niderlandın "Ayaks" klubuna 2:4 hesabı ilə məğlub olub.
(Milli.az)
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə







































