İdman
Misli Premyer Liqası: XV tura bu oyunlarla start verilir
Bu gün Misli Premyer Liqasında XV tura start veriləcək.
Publika.az-ın məlumatına görə, ilk oyun günündə iki matç keçiriləcək.
"Şamaxı" doğma meydanda "Zirə"ni qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Meydan sahibləri 17 xalla 7-ci, qonaqlar 27 xalla üçüncü pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Sabah" "Turan Tovuz"u qəbul edəcək. Bu oyun saat 16:30-a təyin edilib. Ehtiyatda daha bir oyunu olan Tovuz klubu 24 xalla 5-ci, Bakı təmsilçisi 28 xalla ikinci sıradadır.
Misli Premyer Liqası
II dövrə, XV tur
13 dekabr
14:00. "Şamaxı" – "Zirə"
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu
16:30. "Turan Tovuz" – "Sabah"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu
Qeyd edək ki, XV tura dekabrın 15-də yekun vurulacaq.
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə







































