İdman
“Real” və PSJ “Bavariya”nın ulduzuna görə hərəkətə keçdi
Dayot Upamekano ilə “Bavariya” arasında yaşanan müqavilə böhranı fonunda “Real” və PSJ fransalı müdafiəçinin tələblərini qarşılamağa hazırdır.
Publika.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.
“Bavariya” Upamekanonun gələn yay başa çatacaq müqaviləsini uzatmağa çalışsa da, danışıqlarda irəliləyiş yoxdur. Bildirilir ki, tərəflər bir neçə həftədir heç bir nəticə əldə etməyib.
Upamekano illik 20 milyon avro məvacib və buna yaxın məbləğdə imza bonusu tələb edir. Futbolçunun nümayəndələri isə tələsmir və danışıqları mövsümün sonuna qədər uzatmağa hazırdır.
Münhen klubu 27 yaşlı müdafiəçini layihədə saxlamağa üstünlük verir, lakin danışıqlarda onun sərt şərtlərinə boyun əymək istəmir.
PSJ və “Real” isə həm maliyyə gücünə, həm də cazibədar idman layihəsinə malikdir və bu amillər fransalı müdafiəçini transfer etməyə imkan yaradır.
Madrid klubu yeni mərkəz müdafiəçisi axtarır. David Alabanın yayda ayrılması ehtimalı və Antonio Rüdigerin qeyri-müəyyən gələcəyi bu ehtiyacı daha da artırır.
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə







































