İdman
Ən gənc dünya çempionumuz: "Finalda erməniəsilli boksçuya qalib gəldim"
Beş görüş keçirdim, finalda erməniəsilli Rusiyalı boksçuya qalib gəldim.
Publika.az xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycan boksçusu Sübhan Mamedov jurnalistlərə açıqlamasında deyib.
"Çox yaxşı hazırlaşmışdım. İnanırdım ki, çempion olacağam. Bu yarışa çempion olmaq üçün getmişdim. Çətinliklər olsa da, qalibiyyəti bacardım", - idmançı söyləyib.
S.Mamedov gələcək hədəfləri barədə də danışıb:
"Bundan əvvəl noyabrın 23-də Avropa çempionatına getmişdim. Ayın 30-da oradan qayıdıb, dünya çempionatında iştirak etmək üçün Dubaya yola düşdüm. 2028-ci ildə keçiriləcək Olimpiya oyunlarına hazırlıqlar başlayır. Növbəti hədəfim yenə də çempion olmaqdır".
Qeyd edək ki, Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının finalında Rusiya təmsilçisi Edmond Xudayana qalib gəlib. Bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.
-
Sosial10:24Hövsanda sakinlərə kütləvi şəkildə borc yazıldı: Qalmaqal - VİDEO
-
Maraq dünyası10:02İnternetdə 15 il kişi adı ilə 100-ə yaxın qadını aldatdı - FOTO
-
MDB09:41Köhnə Yeni ili qeyd etməyin sirri: Keşiş izah etdi
-
Magazin209:00Daha bir əfsanəvi musiqiçi HƏYATLA VİDALAŞDI
-
ABŞ08:48Atasını, qardaşını, əmisini və daha 3 nəfəri qətlə yetirdi - ŞOK DETALLAR
-
Dünya08:24Dəhşətli təyyarə qəzası - Məşhur müğənni də HƏLAK OLDU
-
Magazin106:16Qızının ad günündən paylaşım etdi - VİDEO
-
Hadisə03:43Bakıda toy zamanı şadlıq sarayında YANĞIN - VİDEO



























.webp)









