İdman
Pedri Messinin rekordunu qırdı
“Barselona”nın yarımmüdafiəçisi Pedri Kataloniya klubunun heyətində İspaniya çempionatında 150-ci rəsmi oyununu keçirib.
Publika.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, yubiley qarşılaşma La Liqanın 16-cı turuna təsadüf edib. Dekabrın 13-də 23 yaşlı ispan futbolçu “Osasuna” ilə matça start heyətində çıxıb və görüş “Barselona”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu oyun Pedri üçün əlamətdar olub. O, “Barselona” tarixində La Liqada 150 oyun keçirən ən gənc futbolçuya çevrilib və bununla da 2010-cu ildə Lionel Messi tərəfindən müəyyən edilmiş rekordu geridə qoyub.
Messi İspaniya çempionatında 150-ci oyununu 23 yaş 121 günündə, 23 oktyabr 2010-cu ildə “Saraqosa” ilə qarşılaşmada (2:0) keçirib. Pedri isə bu həddə 23 yaş 18 günündə çatıb.
Pedrinin La Liqada 150 oyuna çatması üçün 5 ildən bir qədər artıq vaxt lazım olub. O, İspaniya çempionatında “Barselona”dakı debütünü 27 sentyabr 2020-ci ildə “Vilyarreal”a qarşı matçda edib.
Heybət
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...







.jpg)






























