İdman
Ağacan Abiyev boks əlcəyini görün kimə verdi - FOTO
Əməkdar bədən tərbiyəsi və idman xadimi Ağacan Abiyevin şərəfinə həsr olunmuş birinci boks turnirinin açılış mərasimi keçirilib.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, 2012-2013-cü illər təvəllüdlü yeniyetmə oğlanlar arasında keçirilən turnirin açılış mərasimində gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxış edərək Ağacan Abiyevin Azərbaycan idmanındakı əvəzsiz xidmətlərindən və ölkəmizdə boksun inkişafına verdiyi mühüm töhfələrdən danışıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə turnirin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib.
Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov turnirin əhəmiyyətindən danışaraq ötən həftə Azərbaycanın ən gənc boksçusu Sübhan Məmmədovun dünya çempionu olduğunu vurğulayıb və onun dünyada bu uğura layiq görülən ən gənc boksçu olduğunu diqqətə çatdırıb.
Tədbirdə Ağacan Abiyev boks əlcəyini imzalayaraq Sübhan Məmmədova təqdim edib.
Sonra turnirin hakimlər heyəti yarış iştirakçılarına təqdim edilib. Tədbirdə Ağacan Abıyev haqqında videoçarx təqdim edilib. Tədbirin bədii hissəsindən sonra 1/4 final yarışlarına start verilib.
Qeyd edək ki, dekabrın 19-dək davam edəcək turnirdə Bakının "Qızıl əlcək", "Dinamo", "Təhsil", "Neftçi" , AHTİA, MOİK komandaları ilə yanaşı, Gəncə və Sumqayıtı təmsil edən 100-ə yaxın boksçu qüvvsini sınayır.
18 çəki dərəcəsi üzrə keçiriləcək yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Anar Nağdıyevdir. Turnirin final görüşləri dekabrın 19-da keçiriləcək.
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var








.jpg)





























