İdman
Çempionlar Liqasının qalibi karyerasını bitirdi: 32 yaşında
Məşhur braziliyalı yarımmüdafiəçi Rafinya Alkantara 32 yaşında karyerasını başa vurmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə futbolçu şəxsi "İnstaqram" səhifəsində məlumat verib.
Rafinyanın son klubu Qətərin “Əl-Ərəbi” komandası olub.
Braziliyalı futbolçu “Barselona”nın yetirməsidir, karyerası ərzində həmçinin “Selta”, “İnter”, PSJ və “Real Sosyedad”da çıxış edib. O, 2015-ci ildə Braziliya millisinin heyətində 2 oyunda meydana çıxıb və 1 qol vurub. Yarımmüdafiəçi tez-tez yaşadığı zədələr səbəbindən potensialını tam göstərə bilməyib.
Rafinya 1994-cü il dünya çempionu Mazinyonun oğludur və “Barselona”, “Bayern” və “Liverpul”un sabiq futbolçusu Tyaqo Alkantaranın qardaşıdır.
Qeyd edək ki, Tyaqo da karyerasını başa vurub və bu ilin sentyabrında “Barselona”da Hans-Diter Flikin məşqçilər korpusunda çalışmağa başlayıb.
Heybət

-
Nida Xəbər 18:10Azərbaycanda yeni gömrük yığımları tətbiq ediləcək
-
Sosial16:55Bakı sakinlərinə ŞAD XƏBƏR
-
Ekologiya16:42Əhaliyə xəbərdarlıq edildi: Yanvarın 13-ü axşamdan 14-ü axşamadək...
-
Rəsmi xronika15:56Su təchizatı ilə bağlı Dövlət Proqramı təsdiqləndi
-
Rəsmi xronika15:27Prezident müşavirə keçirdi - YENİLƏNDİ
-
Dünya14:24Müharibəyə də, dialoqa da hazırıq - İrandan Trampa cavab
-
Rəsmi xronika13:55Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti azaldıldı
-
ABŞ13:36İran içəridən partladılacaq: Vaşinqtonun GİZLİ PLANI






.jpg)








.jpg)
.jpg)

.jpg)
.jpg)


















