İdman
Əfsanənin həyatını dəyişən dəhşətli faciədən 12 il ötür
Bu gün "Formula 1" dünyası tarixinin ən faciəli günlərindən birini xatırlayır.
Publika.az xəbər verir ki, düz 12 il əvvəl, 2013-cü ildə yeddiqat dünya çempionu Mixael Şumaxer Fransanın Meribel kurortunda xizək sürərkən ağır kəllə-beyin travması alıb.
Hadisədən sonra Şumaxer bir neçə əməliyyat keçirib və süni komaya salınıb. O, 2014-cü ilin yayında komadan çıxsa da, həmin vaxtdan etibarən daimi qayğıya ehtiyac duyur. Əfsanəvi almaniyalı pilotun səhhəti ilə bağlı detallar isə ciddi şəkildə məxfi saxlanılır.

Çempionun həyat yoldaşı Korinna Şumaxer üçün Mixaelin şəxsi həyatının qorunması prinsipial əhəmiyyət daşıyır. O, bu barədə "Netflix"-in son sənədli filmində də danışıb.
Həmin filmdə Miki Şumaxer dəfələrlə atasının karyerasına göstərdiyi böyük təsiri vurğulayıb və onunla sadəcə ünsiyyət qura bilmək üçün hər şeydən keçməyə hazır olduğunu etiraf edib.

2025-ci il ərzində Şumaxer ailəsi əfsanəvi pilotun sağlamlıq durumu ilə bağlı heç bir yenilənmiş məlumat paylaşmayıb.
Bununla belə, Mixael Şumaxer xeyriyyə aksiyasında iştirak edib. O, həyat yoldaşı Korinnanın köməyi ilə ser Ceki Stüartın dəbilqəsinə öz adının baş hərflərini - MS-ni əlavə edib. Həmin dəbilqədə "Formula 1" üzrə bütün sağ olan dünya çempionlarının imzaları toplanıb.
Heybət

-
Dünya19:26Dəhşətli yanğın baş verdi: Əhaliyə xəbərdarlıq edildi
-
Yaxın Şərq18:24Əraqçi İslamabada qayıtdı - Yeniləndi
-
Nida Xəbər 18:00Babiş Aİ-dən kənara ilk rəsmi səfərini Azərbaycana edir - FOTO
-
Hadisə17:50Əməkdar artist vəfat etdi
-
Hadisə17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var
-
Magazin216:50Castin Biberin həyat yoldaşı bu davranışı ilə gündəm oldu - FOTO
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB
-
Magazin214:14Bianka pəhrizsiz 40 kiloqram arıqladı

































.png)