İdman
Dramatik matç: Azarkeşlərə görə çempionluqdan oldular - VİDEO
İngiltərə Milli Liqasının sonuncu turunda (5-ci divizion) “Roçdeyl” ilə “York Siti” arasında keçirilən oyunda dramatik ssenari yaşanıb.
Publika.az xəbər verir ki, 95-ci dəqiqədə vurulan qoldan sonra “Roçdeyl” futbolçuları artıq çempionluğu qeyd etməyə başlamış, emosiyalarına hakim ola bilməyən azarkeşlər isə meydana daxil olaraq oyunçularla birlikdə sevinc yaşayıblar.
Bu səbəbdən hakim oyunu təxminən yeddi dəqiqə dayandırmağa məcbur olub və azarkeşlər tribunaya qaytarıldıqdan sonra qarşılaşma yenidən bərpa edilib. Hər şeyin artıq həll olunduğu düşünülürdü, lakin hadisələr gözlənilməz şəkildə dəyişib.
103-cü dəqiqədə “York Siti” hesabı bərabərləşdirən qolu vuraraq vəziyyəti tam çevirməyi bacarıb. Məhz bu heç-heçə onlara birinci yeri qorumağa və dördüncü diviziona yüksəlişi təmin etməyə imkan verib.
“Roçdeyil” isə 2-ci yeri tutaraq pley-off yarımfinalına vəsiqə qazanıblar.
-
Nida Xəbər 18:00Babiş Aİ-dən kənara ilk rəsmi səfərini Azərbaycana edir - FOTO
-
Hadisə17:50Əməkdar artist vəfat etdi
-
Hadisə17:31İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər - Xəsarət alanlar var
-
Magazin216:50Castin Biberin həyat yoldaşı bu davranışı ilə gündəm oldu - FOTO
-
Hadisə15:00Ağdərədə minaya düşən kişinin vəziyyəti ağırdır - TƏBİB
-
Magazin214:14Bianka pəhrizsiz 40 kiloqram arıqladı
-
İdman13:57UFC prezidenti Trampa olan sui-qəsddən danışdı: Hər dəqiqəsindən zövq aldım!
-
Avropa12:12Kallas Trampa qarşı sui-qəsdi "qorxu meydanı"na bənzətdi















.webp)




















.png)