İdman
Dekabrda “Real”ın ən yaxşı futbolçusu görün kim oldu
“Real” klubunda dekabr ayının yekunlarına görə ayın ən yaxşı futbolçusu müəyyənləşib.
Publika.az xəbər verir ki, bu ada belçikalı qapıçı Tibo Kurtua layiq görülüb. Müvafiq məlumat “kral klubu”nun rəsmi saytında dərc olunub.
Azarkeşlər arasında keçirilən səsvermədə 33 yaşlı qolkiper Cud Bellinqem, Antonio Rüdiger, Orelyen Çuameni və Rodriqonu geridə qoyub.
Cari mövsümdə Tibo Kurtua “Real”ın heyətində 23 oyunda meydana çıxıb və onlardan 10-da qapısını toxunulmaz saxlayıb. La Liqada 18 turdan sonra Madrid təmsilçisi 42 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Real” növbəti oyununu yanvarın 4-də “Betis”ə qarşı keçirəcək.
-
ABŞ08:37ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 30-a çatdı - YENİLƏNDİ
-
Elm və təhsil07:55Bu gündən məktəblərdə qış tətili başladı
-
ABŞ03:44Bizim İranın yaxınlığında böyük armadamız var - Tramp
-
İdman03:18Tarixə düşdü: Ronaldo və Benzemanın rekordlarını qırdı
-
Qoroskop01:40Günün ulduz falı: Kiminləsə barışmaq üçün əla vaxtdır
-
İdman00:55“Qarabağ” İngiltərədədir - FOTO
-
Hadisə26 Yanvar 22:08Bakıda məhkəmə sədrinin oğlu arvadını bıçaqlayıb özünü binadan ATDI - FOTO
-
İdman26 Yanvar 21:26“Liverpul”la oyunda “Qarabağ”ın şansı nə qədərdir? - Beqoviç açıqladı







.jpg)






.jpg)










.jpg)







