"Bayern"də ara qarışdı: Gənc ulduzun bu arzusunu açıqlaması başına bəla oldu
Bizi izləyin

İdman

"Bayern"də ara qarışdı: Gənc ulduzun bu arzusunu açıqlaması başına bəla oldu

“Bayern”in düşərgəsində qalmaqal yaşanır.

Publika.az xəbər verir ki, Münhen klubunun gənc ulduzu Lennart Karlın sözləri başına bəla olub. 17 yaşlı yarımmüdafiəçi Almaniya nəhəngində oynamağın xüsusi olduğunu desə də, bir gün uşaqlıq xəyalı olan “Real”a keçmək istədiyini bildirib. Bu sözlər sürətlə sosial mediada yayılıb və azarkeşlərin sərt reaksiyası ilə üzləşib.

Sosial şəbəkələrdə Karl “Bayern” azarkeşləri tərəfindən tənqid olunmağa başlayıb. Ona klubu tərk etməyi məsləhət görüblər. Fanatlar rəhbərlikdən futbolçuya sanksiyalar tətbiq etməyi tələb ediblər. Hətta baş məşqçi Vensan Kompaninin futbolçunu mövsümün sonuna qədər ehtiyatda saxlamasını istəyiblər. Nəticədə gənc futbolçu sosial şəbəkələrdə şərhləri bağlayıb.

Karla dəstək olan isə Almaniya futbolunun əfsanəsi Lotar Matteus olub. "Sky Sport" efirində o, gənc oyunçunun sözlərində problem görmədiyini bildirib:

“Məncə, Lennartın dedikləri normal idi. Bu, onun ambisiyalı olduğunu və özünə inandığını göstərir. Mən də “Real”da oynamaq istəyirdim, amma “İnter” məni buraxmadı. Mənim də arzularım var idi”.

Matteus vurğulayıb ki, bir gün başqa klubda oynamaq istəyi hazırkı kluba hörmətsizlik demək deyil. Lakin Karlın sözləri ətrafında yaranan reaksiya göstərdi ki, gənc futbolçular üçün açıq şəkildə arzularını ifadə etmək hələ də risklidir, xüsusilə də “Bayern” kimi klublarda.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm