Yankoviç "Qarabağ"dan getmək istəyir? - İstərdim ki, klub buna anlayışla yanaşsın
Bizi izləyin

İdman

Yankoviç "Qarabağ"dan getmək istəyir? - İstərdim ki, klub buna anlayışla yanaşsın

"Qarabağ"ın və Monteneqro millisinin futbolçusu Marko Yankoviç ölkəsinin mətbuatına açıqlama verib.

Publika.az xəbər verir ki, Ağdam klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər olan 30 yaşlı yarımmüdafəçi komandadan ayrılma ehtimalı barədə fikirlərini bölüşüb:

"Qarabağ" ən uzun müddət çıxış etdiyim klubdur. Əgər mühiti dəyişmək üçün yaxşı fürsət yaranarsa, istərdim ki, klub buna anlayışla yanaşsın. Qalib kimi ayrılmaq, töhfəm və birgə qazandığımız uğurlarla xatırlanmaq istəyirəm".

Yankoviç baş məşqçisi Qurban Qurbanov barədə də danışıb. Onu həm lider, həm də ilham mənbəyi adlandırıb:

"Onun haqqında kitab yaza bilərəm. Ambisiyası, əzmkarlığı və sistemli işi oyunçulara da sirayət edir. "Qarabağ" hər kəs üçün klub deyil, amma onun fəlsəfəsinə uyğunlaşanlar nəticə qazanır".

Marko "Qarabağ"a necə gəlməsindən də danışıb:

"Klub məni yığmada Marko Veşoviçi izləyərkən müşahidə edib. Hələ o vaxt bilirdim ki, bu, sistemi və nəticə verən prinsipləri olan ciddi klubdur”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm