İdman
Terror futbolçuları da rahat buraxmır - VİDEO
Fransa çempionatının son turunda 2:0 üstünlüyü qoruya bilməyən PSJ-nin “Bastiya”ya məğlubiyyəti (2:4) çoxları üçün gözlənilməz olub. Oyundan sonrakı açıqlamasında da Paris klubunun lideri Zlatan İbrahimoviç nə baş verdiyini anlamadığını bildirib. Amma bu gün yayılan xəbərin həmin gözlənilməz məğlubiyyətə təsirsiz ötüşmədiyi dəqiqdir.
Publika.az xəbər verir ki, PSJ-nin hücumçusunun evinə terrorçular tərəfindən hücum edilib. Bu barədə İngiltərə mətbuatı xəbər yayıb.
Nə qədər qəribə görünsə də, bu hadisə son günlər terror təhlükəsi yaşanan Fransada deyil, futbolçunun vətənində - Avropanın ən təhlükəsiz ölkələrindən biri hesab edilən İsveçdə baş verib. 34 yaşlı hücumçunun Malmödəki evinin qarşısından partlamamış əl qumbarası tapılıb.
İsveç polisi xəbəri təsdiqləsə də, açıqlama yaymaqdan imtina edib. Araşdırmalar yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcəyi bildirilib.
İbrahimoviç isə ailəsinin təhlükəsizliyini təmin etmək məqsədiylə susmağa üstünlük verir.
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO