"Barselona" ona görə MY-ə təklif göndərdi
Bizi izləyin

İdman

"Barselona" ona görə MY-ə təklif göndərdi

"Barselona" ciddi şəkildə cari mövsümü icarə əsasında komandada keçirən "Mançester Yunayted"in futbolçusu Markus Reşfordu saxlamağı planlaşdırır.

Publika.az xəbər verir ki, "Krrish"in məlumatına görə, "Barsa" Reşfordun transferi üçün "qırmızı şeytanlar"a 22 milyon avro təklif edib.

Təklif 18 milyon avro sabit məbləği (3 il ərzində ödəniləcək) və nəticələrə bağlı 4 milyon avro bonusu əhatə edir. Bildirilir ki, "Mançester Yunayted" bu təklifdən razı qalmayıb və icarə müqaviləsində ilkin razılaşdırıldığı kimi Reşfordun transferi üçün 30 milyon avro tələb edir. Hələlik klublar arasında razılıq əldə olunmayıb, lakin danışıqlar gələn həftələrdə davam edəcək.

28 yaşlı forvard "Barselona" forması ilə 29 matçda çıxış edib, 8 qol vurub və 11 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm