Dünya
İsrail mediası bunu "dəhşətli ssenari" adlandırdı - Türkiyənin tam qələbəsi
Ağ Evin Qəzzada atəşkəsin ikinci mərhələsinin bir hissəsi olaraq yaradılan "Sülh Komitəsi" və Qəzza İdarəçiliyi üzrə Milli Komitənin üzvlərini elan etməsi Təl-Əvivdə ciddi reaksiyalara səbəb olub.
Publika.az xəbər verir ki, İsrailin "I24" xəbər agentliyi "Türkiyə üçün tam qələbə" başlığı ilə bu barədə məlumat paylaşıb.
Bildirilib ki, İsrail baş naziri Benyamin Netanyahu məsələ ilə bağlı keçirilən kabinet iclasında Türkiyə və Qətərin "Qəzza Sülh Şurası"na daxil edilməsini qətiyyətlə pisləyib.
Knesset müxbiri Amiel Yerahinin sözlərinə görə, iclas zamanı gərginlik yaranıb. O bildirib ki, nazirlərin əksəriyyəti Qəzzada "Sülh Şurası"nın yaradılmasını təhlükəsizlik baxımından "məsuliyyətsiz addım" adlandırıblar və bəzi nazirlər iclası məyus şəkildə tərk edib. Netanyahunun nazirləri sakitləşdirmək üçün ABŞ prezidenti Donald Trampdan aldığı təminatları paylaşdığı qeyd olunub.

İsrailin "Kanal 14" telekanalına əsasən, diqqət Tehrana yönəlsə də, əsl təhlükənin Qəzzada olduğu barədə xəbərdarlıq edilib. Bildirilib ki, Qəzza zolağında Türkiyə hərbi mövcudluğu İsraili "sıfır nöqtəsinə" qaytaracaq.
İsrailli analitik Ben Menakhem Türkiyə və Qətərin "Sülh Şurası"nda iştirakını "açıq-aşkar ziyanlı addım" kimi təsvir edib. O, siyasi konsensus yaratmaq səylərində "dəhşətli ssenari"nin gizləndiyini və bunun İsraili başlanğıc nöqtəsinə qaytara biləcəyini iddia edib.

"Maariv" nəşri "Ərdoğan xoşbəxt ola bilər: Netanyahunun israrı Türkiyənin tam qələbəsinə səbəb oldu" başlıqlı məqaləsində Türkiyənin "Sülh Şurası"na daxil edilməsi ilə Ankaranın Vaşinqtonun gözardı edə bilməyəcəyi regional təsirə sahib olduğunu vurğulayıb. "Trampın Ərdoğan və Qətərlə sıx münasibətlər saxladığı heç kimə sirr deyil. O, özü də Netanyahu ilə açıq görüşlərində bunu qeyd etdi", - nəşr bildirib.
Qəzetə görə, baş verənlər Təl-Əvivdə siyasi çöküşü göstərir: "İsraili tarixinin ən böyük fəlakətlərindən birinə sürükləyən hökumət müstəqil dövlət istintaq komissiyası əvəzinə "şikəst siyasi gizlətmə komissiyası" yaradıb".
Roza
-
Region16:54Ermənistanda "Tramp marşrutu" ilə bağlı qalmaqal: Oskanyanın cavabı verildi
-
Sosial16:32Baş nazirdən bu şəxslərin maaşları ilə bağlı QƏRAR
-
İqtisadi gündəm14:59Dolların sonu çatır: Qlobal bazar yeni valyuta axtarır
-
Sosial14:36Ksenon fara və yanıb-sönən işıqların SONU - 654 manat CƏRİMƏ və sürücülük vəsiqəsinin ləğvi
-
Sosial14:06Nigar Köçərli “Bona Dea”da dəhşət yaşadı: "Ağrıdan huşumu itirdim, ayılanda yalvardım ki..."
-
İdman13:34"Qarabağ"ın "Ayntraxt"la oyununun hakimləri açıqlandı
-
Region13:28Bu universitetləri bitirənlər hərbi xidmətdən azad olunacaqlar
-
Elm və təhsil12:14Yerə yaxınlaşır: Sabah bu şəxslər diqqətli olsunlar - Xəbərdarlıq edildi














.jpg)

















