Dünya
İsraildən xahiş etdilər: Bu ölkəyə zərbə endirin
SDQ/YPG terror təşkilatı İsraildən Suriyadakı kürdlər adından Suriya ordusuna qarşı hava hücumları həyata keçirməsini istəyib.
Publika.az xəbər verir ki, təşkilatın liderlərindən biri olan Sipan Hamo, Suriya ordusunun Fəratın qərbində və şərqində sürətli irəliləməsi ilə bağlı "Reuters"ə müsahibə verib.
Hamo ayrı bir dövlət qurmaq xəyallarının olmadığını iddia edərək, gələcəklərinin Suriyada olduğunu bildirib: "Suriyadakı kürdlər ayrılmaq və ya müstəqil bir dövlət qurmaq istəmirlər. Gələcəyimiz Suriyadadır. Ən böyük ümidimiz koalisiya və ABŞ tərəfindən konkret bir nəticənin əldə edilməsidir".
O, ABŞ-dan təhlükəsizlikləri ilə bağlı zəmanət istəyib: "Qəbul edirik ki, Vaşinqton illərdir davam etdirdiyi kürd qüvvələri ilə müttəfiqliyini prezident Əhməd Əl Şaraanın rəhbərlik etdiyi Suriya hökumətinə dəstəyi ilə balanslaşdırır. Lakin kürdlərin baş verən dəyişikliklərlə bağlı narahatlıqları nəzərə alınmalı və ABŞ bizə müdafiə zəmanəti verməlidir. Hazırda Suriyada baş verən hər şeyin məsuliyyəti Qərb ölkələrinin, xüsusən də ABŞ-ın üzərindədir".
Hamo digər dövlətlərdən dəstək almadıqlarını da vurğulayıb: "İrandan və ya Rusiyadan dəstək almırıq. İsraili bölgədə öz gündəliyi olan güclü bir dövlət kimi görürük. Ümid edirik ki, İsrail də Suriyadakı kürdlər adından müdaxilə edəcək".
Roza
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək

































