Dünya
Nüvə sınaqlarının dəhşətli nəticəsi: 4 milyon insan vaxtından əvvəl ölüb
Norveç Xalq Yardımı (NPA) humanitar təşkilatının yeni hesabatında bildirilib ki, 1945-2017-ci illər ərzində dünyada aparılan nüvə sınaqları nəticəsində azı 4 milyon insan vaxtından əvvəl həyatını itirib.
Publika.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
Araşdırmaya əsasən, hazırda yaşayan hər bir insan həmin sınaqlardan qalan radioaktiv izotopların izlərini daşıyır. Ən ciddi zərər nüvə sınaqlarının keçirildiyi ərazilərin yaxınlığında yaşayan insanlara dəyib. Bu bölgələrdə xərçəng, anadangəlmə qüsurlar və ürək-damar xəstəliklərinin yayılma səviyyəsi hələ də yüksək olaraq qalır.
Hesabatda vurğulanır ki, radiasiyaya məruz qalma riski əvvəlki qiymətləndirmələrlə müqayisədə xeyli yüksəkdir.
Sənəddə nüvə silahına malik dövlətlər arasında davam edən məxfilik siyasətinə də xüsusi diqqət yetirilir. Belə ki, Böyük Britaniya və ABŞ-ın Kiribatidə keçirdiyi sınaqların nəticələri hələ də məxfi saxlanılır, Fransa isə Əlcəzairdə basdırılmış radioaktiv tullantıların dəqiq yerlərini açıqlamır. Hesabat müəlliflərinin fikrincə, bu səbəbdən sınaqların qurbanları həm tibbi yardımdan, həm də sağlamlıqlarını qorumaq üçün vacib məlumatlardan məhrum qalırlar.
Qeyd olunur ki, ötən ilin dekabrında ABŞ-ın müdafiə naziri Pit Heqset Vaşinqtonun nüvə triadasını yeniləmək və digər dövlətlərlə eyni səviyyədə nüvə sınaqları keçirmək niyyətində olduğunu açıqlamışdı.
Adəm
-
Dünya16:56"Ərdoğanın evində böyümək atanı və ananı çox görməmək deməkdir"
-
Dünya15:25Nüvə sınaqlarının dəhşətli nəticəsi: 4 milyon insan vaxtından əvvəl ölüb
-
Rəsmi xronika14:52İlham Əliyev Davosda mərasimdə iştirak edir - CANLI
-
İdman13:53Elvin Cəfərquliyev yenə gündəmdə: Diktordan mikrafonu aldı və bu sözü qışqırdı - VİDEO
-
Dünya12:48Ərdoğanın bu sözləri Davosda gündəm oldu: Masada olmayanlar...
-
Sosial12:39Pensiya alanlara şad xəbər - Nazirlik məlumat yaydı
-
Dünya11:18ABŞ hücum edərsə, İranın ilk hədəfi bu ölkə olacaq - Şok ssenari
-
Dünya10:47Bu iki ölkə Türkiyə ilə müharibəyə hazırlaşır: 3,5 milyardlıq sistem yerləşdirirlər























.jpg)










