İdman
Qurban Qurbanovdan tarixi qalibiyyət
Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb.
Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Təcrübəli mütəxəssisin yubileyi UEFA Çempionlar Liqasının 7-ci turuna təsadüf edib.
Azərbaycan çempionu "Ayntraxt"la ev matçında 3:2 hesabı ilə qalib gəlib. Bu, "Qarabağ"ın Qurbanovun baş məşqçiliyi dövründə 471-ci qələbəsi olub. Mütəxəssis "Neftçi"də 25, Azərbaycan milli komandasında 4 qələbədə pay sahibi olub. Klub karyerasındakı 496 qələbədən 364-ü Premyer Liqa, 54-ü ölkə kuboku, 78-i avrokuboklarda qeydə alınıb. Mütəxəssisin 500-cü qələbəsi karyerasındakı 857-ci matça təsadüf edib. O, komandaları ilə keçirilən oyunların 58,34 faizində qalib gəlib.
Qeyd edək ki, Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006/2007 mövsümündə "Neftçi"nin "sükanı arxasında" əldə edib. 2006-cı il avqustun 6-da "Gənclərbirliyi"ni qəbul edən paytaxt təmsilçisi böyük hesabla qalib gəlib – 6:1.
Heybət
-
Dünya17:14Hamı Makronun taxdığı bu eynəyi alır - Rekord satış
-
Dünya16:56"Ərdoğanın evində böyümək atanı və ananı çox görməmək deməkdir"
-
Dünya15:25Nüvə sınaqlarının dəhşətli nəticəsi: 4 milyon insan vaxtından əvvəl ölüb
-
Rəsmi xronika14:52İlham Əliyev Davosda mərasimdə iştirak edir - CANLI
-
İdman13:53Elvin Cəfərquliyev yenə gündəmdə: Diktordan mikrafonu aldı və bu sözü qışqırdı - VİDEO
-
Dünya12:48Ərdoğanın bu sözləri Davosda gündəm oldu: Masada olmayanlar...
-
Sosial12:39Pensiya alanlara şad xəbər - Nazirlik məlumat yaydı
-
Dünya11:18ABŞ hücum edərsə, İranın ilk hədəfi bu ölkə olacaq - Şok ssenari
























.jpg)












