Dünyanın ən seksual qadın futbolçusu bu kluba keçir
Bizi izləyin

İdman

Dünyanın ən seksual qadın futbolçusu bu kluba keçir

"Komo"nun qadınlardan ibarət komandasının hücumçusu Alişa Lemann karyerasını "Lester"də davam etdirəcək.

Publika.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Dünyanın ən seksual qadın futbolçusu adlandıran Lemann yanvarın 21-də İngiltərə klubunun məşq bazasına yollanıb və transferi ərəfəsində əsas komanda ilə birgə məşq edib.

Alişa daha əvvəl İngiltərədə "Vest Hem", "Everton" və "Aston Villa"nın formasını geyinib. O, karyerası ərzində həmçinin "Yanq Boyz" və "Yuventus"da da çıxış edib.

Alişa Lemann indiyədək iki titul qazanıb. Hər iki uğur "Yuventus"la əldə olunub. O, "ağ-qaralar"la İtaliya A Seriyasının çempionu olub və İtaliya kubokunun qalibi olub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm