İdman
Qalmaqallı futbolçu yenə gündəmdə: Bu dəfə rəqibinə kəllə atdı - VİDEO
"Preston"un hücumçusu Milutin Osmaiç növbəti qalmaqallı hadisənin mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, Çempionşip çərçivəsində "Hall Siti"yə qarşı ev matçında (0:3) o, rəqibə başla zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alıb.
İnsident qarşılaşmanın əlavə olunmuş vaxtında baş verib. "Hall Siti"nin futbolçusu Con Lundstramla sözlü mübahisədən sonra Osmaiç qəfil rəqibinin üzünə başla zərbə endirib. Lundstram qazona yıxılıb və bundan sonra hər iki komandanın oyunçuları arasında mübahisə yaranıb.
Baş hakim vəziyyəti nəzarət altına almaq üçün Osmaiçi fiziki olaraq kənara çəkməyə məcbur qalıb, bu zaman komanda yoldaşları və rəqiblər gərginliyi azaltmağa çalışıblar.
Qeyd edək ki, bu, Osmaiçin karyerasında ilk qalmaqal deyil. O, 2024-cü ilin oktyabrında "Blekbern" futbolçusunu dişlədiyinə görə 8 oyunluq diskvalifikasiya olunub. Noyabrda isə "Bernli"nin futbolçusu Hannibal Mejbriyə qarşı irqçi təhqirlərə görə daha 9 matçlıq cəzaya məruz qalıb.
Heybət
Osmajic head loss. Hull player makes the most of it but this simply can’t keep happening.
— North End Podcast (@nepdailypod) January 20, 2026
Where do we even go from here with him? #pnefc pic.twitter.com/HuWB5S0zui
-
Dünya16:56"Ərdoğanın evində böyümək atanı və ananı çox görməmək deməkdir"
-
Dünya15:25Nüvə sınaqlarının dəhşətli nəticəsi: 4 milyon insan vaxtından əvvəl ölüb
-
Rəsmi xronika14:52İlham Əliyev Davosda mərasimdə iştirak edir - CANLI
-
İdman13:53Elvin Cəfərquliyev yenə gündəmdə: Diktordan mikrafonu aldı və bu sözü qışqırdı - VİDEO
-
Dünya12:48Ərdoğanın bu sözləri Davosda gündəm oldu: Masada olmayanlar...
-
Sosial12:39Pensiya alanlara şad xəbər - Nazirlik məlumat yaydı
-
Dünya11:18ABŞ hücum edərsə, İranın ilk hədəfi bu ölkə olacaq - Şok ssenari
-
Dünya10:47Bu iki ölkə Türkiyə ilə müharibəyə hazırlaşır: 3,5 milyardlıq sistem yerləşdirirlər






















.jpg)











