İdman
ABŞ-dan uzaq durun: Blatter azarkeşləri DÇ-2026-nı boykot etməyə çağırdı
FİFA-nın keçmiş prezidenti Yozef Blatter azarkeşlərə 2026-cı il dünya çempionatı üçün ABŞ-a səyahət etməməyi tövsiyə edib.
Publika.az xəbər verir ki, daha əvvəl hüquqşünas və cinayət hüququ professoru Mark Pit İsveçrənin "Tagesanzeiger" qəzetinə verdiyi müsahibədə Amerikadakı mövcud vəziyyəti qiymətləndirmişdi.
"Siyasi rəqiblərin marginallaşdırılması, immiqrasiya rəsmiləri tərəfindən zorakılıq və ölkə daxilində gördüyümüz digər şeylər azarkeşləri səyahət etməyə təşviq etmir", - Pit bildirib.
Blatter özünün “X” hesabında Pitin müsahibəsindən sitat gətirib.
"Düşünürəm ki, Mark Pit bu Dünya Kubokunu şübhə altına almaqda haqlıdır.
Azarkeşlərə yalnız bir məsləhətim var: ABŞ-dan qaçın! Onsuz da televiziyada daha yaxşı görünür.
Gəldikdən sonra azarkeşlər hakimiyyətlə düzgün davranmasalar, dərhal evə göndəriləcəklərinə hazır olmalıdırlar. Əgər şanslıdırlarsa...", - deyə Blatter yazıb.
-
Dünya11:50Zəlzələ ilə bağlı qorxulu xəbərdarlıq: Bu bölgələr yüksək risk altındadır
-
Nida Xəbər 11:37Əli Əsədov sərəncam imzaladı
-
Nida Xəbər 11:27Bank kartlarına qanunsuz müdaxilələr - DİN və Mərkəzi Bank razılığa gəldi
-
İdman11:15“Real”ın yeni baş məşqçisinin ilham pərisi - FOTOLAR
-
İqtisadi gündəm10:39İki BOKT-un vəzifəli şəxsi cərimələndi
-
Dünya10:12Barrotun Ankaraya qaçaraq səfəri: Fransa nəyə ümid edir?
-
Nida Xəbər 09:36Azərbaycan Ermənistana bu məhsulu da satacaq: Aleksanyan alır
-
Nida Xəbər 09:30DTX səfirliyə planlaşdırılan terror hücumunun qarşısını aldı - XÜSUSİ ƏMƏLİYYAT










.jpg)












.jpg)














