Rəsmi xronika
İlham Əliyev Sumqayıtda bu müəssisənin təməlini qoydu - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında "Nun" MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub.
Publika.az xəbər verir ki, "Nun" MMC-nin təsisçisi Kamran Rzayev yaradılacaq müəssisə barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, ötən il Sumqayıt Sənaye Parkının rezidenti statusu verilən bu MMC tərəfindən reallaşdırılacaq layihəyə uyğun olaraq 1 hektar ərazidə istehsal müəssisəsinin tikintisi nəzərdə tutulub. Almaniya texnologiyasından istifadə ediləcək müəssisənin illik istehsal gücü 1680 ton laminatlı kisə, 1440 ton polipropilen kisə olmaqla ümumilikdə 3120 tondan çox təşkil edəcək. Məhsullar əsasən daxili bazarın tələbatını ödəyəcək. Burada 140 daimi iş yeri yaradılacaq. İnvestisiya həcmi 11,2 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3 milyon manat dəyərində güzəştli kredit ayrılması nəzərdə tutulub. Burada quraşdırılacaq avadanlığın idxal zamanı ƏDV və gömrük rüsumlarından azad olunması planlaşdırılır.



-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan

























.jpg)









