Nida Xəbər
Hikmət Hacıyevin adından yayılan "deepfake" video saxtadır - MEDİA
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından "deepfake" texnologiyası tətbiq olunmaqla hazırlanmış saxta məzmunlu video reallığı əks etdirmir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) açıqlama yayıb.
Bildirilib ki, saxta video sosial şəbəkə platformalarında fəaliyyət göstərən bir sıra hesablar vasitəsilə yayılıb:
"Süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi Azərbaycan və Türkiyə arasında olan münasibətləri zədələməyə, iki qardaş ölkə arasında mövcud olan strateji müttəfiqliyə xələl gətirməyə və qarşılıqlı etimadı sarsıtmağa xidmət edir.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, "deepfake" texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik".
MEDİA sosial şəbəkə platformalarının sahiblərini və müvafiq qurumları zərərli və saxta məzmunun operativ şəkildə aradan qaldırılması, bu tip halların qarşısının alınması üçün effektiv mexanizmlərin tətbiqi istiqamətində tədbirlər görməyə dəvət edib.
-
Dünya13:18Minlərlə hesab bağlanır: Sosial media haqqında qanun layihəsi təsdiqləndi
-
Yaxın Şərq13:00Rusiya qoşunlarını Qamışlıdan çıxarır - Gözlənilməz addım
-
Dünya11:50Zəlzələ ilə bağlı qorxulu xəbərdarlıq: Bu bölgələr yüksək risk altındadır
-
Nida Xəbər 11:37Əli Əsədov sərəncam imzaladı
-
Nida Xəbər 11:27Bank kartlarına qanunsuz müdaxilələr - DİN və Mərkəzi Bank razılığa gəldi
-
İdman11:15“Real”ın yeni baş məşqçisinin ilham pərisi - FOTOLAR
-
İqtisadi gündəm10:39İki BOKT-un vəzifəli şəxsi cərimələndi
-
Dünya10:12Barrotun Ankaraya qaçaraq səfəri: Fransa nəyə ümid edir?











.jpg)







.jpg)














