ABŞ Ukrayna qarşısında şərt qoydu: Razılıq olarsa...
Bizi izləyin

Dünya

ABŞ Ukrayna qarşısında şərt qoydu: Razılıq olarsa...

Kiyevin sülh müqaviləsinin bir hissəsi olaraq ərazi güzəştlərinə razılaşması müqabilində ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti təklif edə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

Bildirilib ki, bu şərtlər qəbul edilərsə, Vaşinqton Ukraynaya silah tədarükünü artıracaq.

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar yanvarın 23-də başlayıb. Əsas məqsəd sülh yollarını tapmaq və Ukrayna qoşunlarının Donbasdan çıxarılmasıdır.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu danışıqların başlamasını alqışlayıb. O, tərəflərin konstruktiv müzakirələr apardığını, lakin hələ çox ciddi işlərin görülməli olduğunu vurğulayıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm