Klopp yeni futbol liqası yaradır
Bizi izləyin

İdman

Klopp yeni futbol liqası yaradır

"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp Almaniyada yeni futbol liqasının yaradılması üzərində işləyir.

Publika.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilir ki, Klopp Bundesliqaya keçiddən əvvəl gənc futbolçuların kifayət qədər oyun təcrübəsi qazanmasına kömək edəcək U-21 liqası yaratmaq niyyətindədir. O, bu layihə üzərində Markus Kroeşe, Sami Xedira, Andreas Rettiq və Mark Lentslə birlikdə çalışır. Qeyd olunur ki, yeni liqa ideyası gənc istedadların əsas komandaya yüksəlməsinin getdikcə çətinləşməsi ilə bağlı narahatlıqlar fonunda ortaya çıxıb.

Təşkilatçıların fikrincə, mövcud sistemin bir sıra çatışmazlıqları var. Belə ki, Avropada ən məhsuldar 100 akademiya arasında cəmi doqquz Almaniya akademiyası yer alır, Bundesliqa Avropanın beş aparıcı liqası arasında öz akademiyasından çıxmış futbolçuların sayına görə ən aşağı göstəriciyə malikdir, həmçinin Bundesliqada oynanılan dəqiqələrin 85 faizi akademiya məzunları olmayan futbolçuların payına düşür.

Hazırda Yurgen Klopp 2 istiqamətdə çalışır. “Red Bull” strukturunda futbol üzrə qlobal rəhbər vəzifəsini icra edir və Almaniya Futbol Liqasının (DFL) nəzdində yeni yaradılmış ekspert qrupunun üzvüdür.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm