"Qarabağ" tarix yazdı, Azərbaycan irəlilədi
Bizi izləyin

İdman

"Qarabağ" tarix yazdı, Azərbaycan irəlilədi

Azərbaycan UEFA reytinqində irəliləyib.

Publika.az xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması nəticəsində reallaşıb. Ağdam klubu sonuncu turda "Liverpul"a məğlubiyyətə görə (0:6) Azərbaycan üçün reytinq xalı qazanmasa da, tarixi uğura imza atması vəziyyəti dəyişib.

"Köhlən atlar"ın növbəti mərhəyə yüksəlməsi ölkəmizin aktivində 0,187 xal yazılmasına səbəb olub. Bununla Azərbaycanın əmsalı 22,937-yə çatıb. Nəticədə ölkəmiz Sloveniyanı (22.843) ötərək 26-cı sıraya yüksəlib.

25-cı yerdə qərarlaşan Serbiyanın aktivində 24.375 xal var.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm