ABŞ
Razılaşdılar: Bu ölkənin pullarına ABŞ nəzarət edəcək
Venesuelanın müvəqqəti hökuməti ABŞ prezidenti Donald Trampın administrasiyasına aylıq "büdcə" təqdim etməyə razılıq verib.
Publika.az "The New York Times" qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
Lakin buna şübhə ilə yanaşan Demokratlar planı kəskin tənqid atəşinə tutublar.
Havaydan olan Demokrat senator Brayan Şats Rubioya deyib: "Düşünürəm ki, bu, yeni bir şeydir. Qəribədir. Hətta qəbuledilməz də ola bilər".
Şats Tramp administrasiyasının belə bir hesab yaratmaq və idarə etmək üçün qanuni səlahiyyətlərini şübhə altına alıb. O, həmçinin administrasiyanın ABŞ və Venesuela arasında yazılı müqavilənin mətnini açıqlamamasından şikayətlənib.
Konnektikut ştatından olan senator Kristofer S. Merfinin sözlərinə görə, Tramp administrasiyası Venesuelanın neftini silah gücünə ələ keçirir və 30 milyon əhalisi olan bir ölkədə həmin pulun necə və hansı məqsədlər üçün xərclənəcəyinə qərar verir.
"Düşünürəm ki, çoxumuz bunun uğursuzluğa məhkum olduğuna inanırıq", - deyə o, fikrini yekunlaşdırıb.
Adəm
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ

















.jpg)


.jpg)
















