İdman
Ronaldo sabiq komandasına qayıdır? - Danışıqlar başladı
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Mançester Yunayted”ə mümkün qayıdışı ilə bağlı danışıqlar aparır.
Publika.az xəbər verir ki, bu barədə "Topskills Sports UK" məlumat yayıb.
MY ilə futbolçunun ətrafı arasında təmaslar davam edir. Mənbənin iddiasına görə, cümə axşamı 41 yaşı tamam olacaq portuqaliyalı futbolçu maaşında ciddi endirimə getməyə hazırdır. Qeyd olunur ki, hücumçunun transfer qiyməti 50 milyon avro təşkil edir.
Ronaldonun “Əl-Nəsr”dəki vəziyyətdən narazı olduğu və iyun ayında Səudiyyə Ərəbistanı klubunu tərk edə biləcəyi ilə bağlı məlumat yayılıb.
O, cari mövsümdə 22 oyunda 18 qol vurub və 3 məhsuldar ötürmə edib. Ronaldo “Mançester Yunayted”də 2003–2009-cu illərdə, eləcə də 2021-ci ilin avqustundan 2022-ci ilin noyabrına qədər çıxış edib.
Heybət
-
İdman13:07Tarix yazan futbolçunun rus gözəli - Fotolar
-
Region13:00İrəvanda çeçen qadını öldürənlərin adları açıqlandı
-
Dünya12:42Epşteynin son anlarından şok görüntülər - Fotolar
-
Rəsmi xronika12:11Azərbaycanla Ermənistan razılığa gəldi
-
Rəsmi xronika12:02Əliyevlə Paşinyan Əbu-Dabidə görüşdü - Video/Yeniləndi
-
Dünya11:22“Körpəmi 10 dəqiqə sonra əlimdən aldılar” - Epşteyn görün nə planlaşdırırmış
-
ABŞ10:45Epşteyn işində COVID-19-la bağlı şok detal açıqlandı: 2017-ci ildə plan qurublar
-
İdman10:15Vinisiusun sevgilisindən qeyri-adi - FOTOSESSİYA






















.jpg)











